Top-5 liqalarda məğlubedilməz komanda - ardıcıl 30 oyundur uduzmur

00:58 - 23 Aprel 2025

PSJ cari mövsümdə Liqa 1-də məğlub olmayan yeganə komandadır.

Sportal.az xəbər verir ki, Luis Enrikenin baş məşqçisi olduğu komanda artıq çempionluğunu təmin edib və son olaraq 29-cu turun təxirə salınmış oyununda "Nant"la 1:1 hesablı heç-heçə edib.

Paris klubu bu mövsüm Liqa 1-də 24 qələbə, 6 heç-heçə ilə çıxış edib.

Bu nəticə ilə PSJ Avropanın top-5 liqalarında məğlubiyyətsiz irəliləyən yeganə klubdur.

 

Xəbər xətti