"Real"ın futbolçusu Ferlan Mendinin “Barselona”ya qarşı oynamaq şansı var.
Sportal.az xəbər verir ki, "Marca"nın məlumatına görə, mart ayının ortalarından bud əzələsindəki zədəsinə görə meydana çıxa bilməyən fransalı futbolçu bu gün komanda ilə birlikdə toplu məşqə çıxıb. Məşqçilər heyəti onun vəziyyəti ilə bağlı nikbindir və futbolçunun İspaniya Kubokunun finalında aprelin 27-si keçiriləcək “Barselona” ilə oyunun iştirak ərizəsinə salınması planlaşdırılır.
Bununla belə, qeyd olunur ki, baş məşqçi Karlo Ançelotti Mendinin meydana çıxıb-çıxmaması ilə bağlı son qərarı oyun ərəfəsində verəcək.
saytlarin hazirlanmasi