İspaniyanın "Barselona" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, La Liqa nəhəngi Xuan Ernandesin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İspaniya U-19 millisinin üzvü ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Qeyd edək ki, Xuan Ernandes 2020-ci ilin yayında "Barselona"nın akademiyasına qoşulub. 18 yaşlı hücumameyilli yarımmüdafiəçi hazırda Kataloniya təmsilçisinin B komandasında çıxış edir.
saytlarin hazirlanmasi
