İlham Əliyevə millinin forması hədiyyə edildi

15:13 - 27 Fevral 2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Sportal.az xəbər verir ki, görüşdə Baronessa Emma Nikolson bu il futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunlarında iştirak edəcək Uels milli komandası tərəfindən göndərilən xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim edib. (Azərtac)

Xəbər xətti