Almaniya və Gürcüstan klublarının futbolçuları yığmamızda

11:34 - 9 Oktyabr 2023

Oktyabrın 11-dən 13-dək Bakıda, 13-dən 17-dək isə Özbəkistanın paytaxtı Daşkənddə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, millimiz hazırlıq çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək. U-19 oktyabrın 14-də və 16-da Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Yığmaya dəvət olunanların siyahısı aşağıdakı kimidir:

Xəyal Fərzullayev (Sumqayıt), Rəvan Mirzəmmədov ("Sabah"), Musa Məmmədov ("Qarabağ"), Zaman Zamanlı ("Səbail"), Raul Hacıyev ("Rustavi", Gürcüstan), Saleh Süleymanov("Cəbrayıl"), Eşqin Əhmədov, Ravil Qafarov (hər ikisi "Qəbələ"), Rüfət Abbasov ("Neftçi"), Arzu Atakişiyev ("Kəpəz"), Uğur Səfərov ("Qarabağ"), Fəxri Məmmədli ("Sabah"), Şahin Şahniyarov ("Qəbələ"), Murad Ələkbərov, Edqar Adilxanov ("Şamaxı"), Adəm Topalov ("Səbail"), Murad Məmmədov ("Neftçi"), Ceyhun Hacıyev ("Verl", Almaniya), Nihat Mehrəliyev ("Qarabağ"), Əsəd Əsədli("Turan Tovuz"), Sənan Ağalarov ("Qəbələ"), Sadiq Şəfiyev ("Turan Tovuz"), Xəyyam Məmmədli ("Qəbələ")

Xəbər xətti