"Neftçi" ilk transferini açıqladı

19:49 - 16 Yanvar 2024

“Neftçi” qış fasiləsi dönəmində ilk transferini həyata keçirib.

Sportal.az xəbər verir ki, Syerra Leone milli komandasının futbolçusu Alfa Konte ilə 2.5 +1 illlik müqavilə bağlanıb. 23 yaşlı vinger komandanın heyətində 20 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Alfa Konte Syerra Leonenin “Sentral Parade” (2019-2021), İsrailin “Hapoel Umm Əl-Fəhm” (2021-2022), “Hapoel Rişon Lezion” (2022-2023) və Bolqarıstanın “Lokomotiv” (Plovdiv, 2023) klublarında çıxış edib. Gənc futbolçu Syerra Leone milli komandasının heyətində 2 oyun keçirib.

Xəbər xətti