"Qalatasaray"ın legioneri Səudiyyə Ərəbistanı klubundan təklif aldı

22:21 - 23 Yanvar 2024

"Qalatasaray"ın legioneri Dris Mertens karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportal.az "Fotomaç"a istinadən xəbər verir ki, belçikalı futbolçuya “Əl-İttihad”dan təklif gəlib.

36 yaşlı yarımmüdafiəçi hələ ki, ərəb klubuna konkret cavab verməyib.

“Gent”, “Utrext”, PSV, “Napoli”də oynadıqdan sonra 2022-ci ildə “Qalatasaray”a keçib.Onun Türkiyə nəhəngi ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir.
 

Xəbər xətti