"Braqa"nın hücumçusu: "Mərhələni keçməyə layiq idik"

12:19 - 23 Fevral 2024

"Braqa"nın futbolçusu Abel Ruis Avropa Liqası pley-off mərhələsinin "Qarabağ"la cavab matçından sonra açıqlama verib.

Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, 24 yaşlı forvard "Qarabağ"ın çox yaxşı komanda olduğunu bildirib:

"Çətin bir gecə idi. Düşünürəm ki, yaxşı oyun göstərdik, xüsusən də ikinci hissədə. Birinci hissə bir az pis oldu. Amma fasilədən sonra iki qol vurduq, lakin mərhələni keçə bilmədik. Birinci və ikinci oyunda olan hər kəs "Qarabağ"ın əla komanda olduğunu, çox yaxşı oynadıqlarını və işimizi çox çətinləşdirdiklərini gördü. Biz cavab matçında üstün idik və mərhələni keçməyə layiq idik. Amma bu, futboldur. İndi bizim üçün çox vacib olan çempionatdır. Qarşıda növbəti oyunumuz var, diqqətimizi buna yönəltməliyik".

Qeyd edək ki, "Qarabağ" iki oyunun nəticəsinə görə "Braqa"nı üstələyərək 1/8 final mərhələsinə yüksəlib.

Xəbər xətti