Futbol üzrə Azərbaycan II Liqasında XV tura yekun vurulub.
Sportal.az xəbər verir ki, bu gün "Qusar" öz meydanında "Füzuli"ni qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 32-yə yüksəldən "Füzuli" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 29 xalı olan "Qusar" isə 5-ci yerdədir.
"Qusar" - "Füzuli" 1:3
Qollar: Viqar Əlibabayev, 77 - Elvin Nəsibov, 17, Emin Quliyev, 51, Mirkamil Əliyev, 73
Qırmızı vərəqə: Kamil Nəzərli, 19