Premyer Liqa klubunun kapitanı üçün mövsüm erkən başa çatdı

09:34 - 2 Aprel 2024

"Nyukasl" kapitanını itirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa klubunun müdafiəçisi Camal Lassells sıradan çıxıb.

Premyer Liqanın 30-cu turunun "Vest Hem"lə ev matçında (4:3) dizindən xəsarət alan 30 yaşlı futbolçunun uzun müddət oynamayacağı dəqiqləşib.

Onun üçün mövsüm başa çatıb. Camalın 9 ay oynamayacağı ehtimal edilir. O, bu mövsüm heyətində 26 oyuna çıxıb, 1 qol vurmuşdu.

Xəbər xətti