"Stadionu doldurun!" - "Sabah"ın futbolçusundan azarkeşlərə çağırış

22:53 - 22 Avqust 2026

“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda İsrailin “Hapoel” (Beer-Şeva) klubu ilə qarşılaşacaq.

Sportal.az xəbər verir ki, "Sabah"ın futbolçusu Velko Simiç azarkeşləri dəstəyə çağırıb:

“Biz, əlbəttə, qarşıdan gələn oyunu böyük səbirsizliklə gözləyirik. Bütün azarkeşlərimizə səslənirəm ki, oyuna gəlib stadionu doldursunlar. Yenidən möcüzəvi bir gecə yaşaya bilərik”.

Qeyd edək ki, “Sabah” – “Hapoel” matçı avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər xətti