“Qarabağ”ın futbolçusu Marko Yankoviçin çıxış etdiyi Monteneqro millisi UEFA Millətlər Liqasında növbəti qələbəsini qazanıb.
Sportal.az xəbər verir ki, Kipr yığmasının qonağı olan Monteneqro millisi rəqibini 4:1 hesabı ilə məğlub edib.
Qarşılaşmaya start heyətdə başlayan Yankoviç 90 dəqiqə meydanda olub. O, matçın 67-ci dəqiqəsində Nikola Kristoviçin vurduğu qolun ötürməsini verərək komandasının qələbəsinə töhfə verib.
Qeyd edək ki, Monteneqro millisi 16 xalla qrupun lideridir.
saytlarin hazirlanmasi

