"Real" "Bayer"in yarımmüdafiəçisi Kay Havertsi almaq fikrindədir.
Sportal.az "Le10sport"a istinadla xəbər verir ki, komandanın baş məşqçisi Zinəddin Zidan 20 yaşlı futbolçunu sərəncamında görmək istəyir.
Məlumata görə, Leverkuzen təmsilçisi Almaniya millisinin üzvünü minimum 100 milyon avroya satmağa razılaşa bilər.
Alman futbolçu 11 yaşından "Bayer"in akademiyasındadır. Havertsin Leverkuzen klubu ilə müqaviləsi 2022-ci ilin yayında bitir. Gənc oyunçu bu mövsüm 35 oyunda 12 qol vurub, 8 assist edib.
saytlarin hazirlanmasi