Aduris karyerasını başa vurdu

00:33 - 21 May 2020

"Atletik"in futbolçusu Arits Aduris karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, 39 yaşlı ispan hücumçu qərarını sosial şəbəkə hesabı vasitəsilə açıqlayıb: "Əvvəldən sonadək unudulmaz və gözəl olan səyahətim başa çatır. Çox sağ olun".

 

Aduris uzun illər formasını geyindiyi "Atletik"in heyətində 172 qol vurub və klubun XXI əsrdəki ən yaxşı bombardiridir.

Xəbər xətti