"Real"ın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.
Sportal.az xəbər verir ki, fransız mütəxəssis məşqlərin bərpasından və mövsümü taleyi barədə danışıb:
"Bu həftə yaxşı keçdi, artıq kollektiv hazırlaşırıq. Taktika, psixologiya və texnologiya üzərində işləyə bilərik. İlk həftə komanda çox yaxşı görünürdü və növbəti həftə daha yaxşı olacaq. Pozitiv düşünmək lazımdır, çünki yenidən işə qayıtmaq fürsətimiz oldu və bu yaxşı haldır. Futbolçular bundan ən yaxşı şəkildə yararlanmalı və hazırlıqdan həzz almalıdırlar.
11 tur qalıb və mövsümü yaxşı şəkildə başa vurmağa çalışacağıq. Yekunda titul qazanmaq üçün çalışmaq lazımdır. Kubok qazanmaq istəyi bu klubun mentalitetində var. Ancaq mənim üçün ən önəmli amil 60 günlük fasilədən sonra futbolçularla yenidən çalışmaq fürsətidir. Çox xoşbəxtəm".
saytlarin hazirlanmasi