"Liverpul" Corc Floydu andı

12:12 - 2 İyun 2020

"Liverpul" ABŞ-ın Minneapolis şəhərində (Minnesota ştatı) polisin saxlamasından sonra ölən afroamerikalı Corc Floydu anıb.

 

Sportal.az xəbər verir ki, futbolçular məşqdən əvvəl "Enfild" stadionunda kollektiv şəkildə diz çöküblər. Komandanın futbolçuları həmin fotonu sosial hesablarında paylaşıblar.

 

ABŞ-da baş qaldıran kütləvi etirazlar və iğtişaşlar mayın 25-də Minneapolisdə Corc Floyd adlı afroamerikalının saxlanılma videosunun internetə sızmasından sonra başlayıb. Polislər afroamerikalının əllərini qandallayıb və onu yola yıxıb. Onlardan biri Floydun “nəfəs ala bilmirəm” deməsinə baxmayaraq, onu boğmağa başlayıb. Bir qədər sonra afroamerikalı şəhər xəstəxanalarının birində vəfat edib. Mayın 26-da həmin 4 polis işçisi işdən çıxarılıb, onlardan biri saxlanılıb.

Xəbər xətti