"Liverpul"un baş məşqçisi Yurgen Klopp açıqlama verib.
Sportal.az xəbər verir ki, alman mütəxəssis çempionluğu rəsmiləşdirdikdən sonra dayanmayacaqlarını deyib:
"Çempionluğa çox yaxın olduğumuzu bilirik. Ancaq bunu rəsmiləşdirmədik. Hələ qazana biləcəyimiz daha 27 xal var. Biz bunun hamısını qazanmağa çalışacağıq. 2-3 oyun qalib gəlib. çempion olduqdan sonra dayanmaq fikrimiz yoxdur.
Əgər çempion olsaq, komanda daxilində qeyd edəcəyik. İcazə verilsə, azarkeşlərimizlə də kubok sevincini yaşayacağıq. Kubok mərasimi olacağına söz verirəm, amma nə zaman reallaşacağını bilmirəm. Sadəcə, hamının gələ biləcəyi gün olmalıdır".
Premyer Liqada 29 tur geridə qalıb. Yarışın turnir cədvəlinə 82 xalla "Liverpul" başçılıq edir. 2-ci yerdə qərarlaşan "Mançester Siti" "qırımızılar"dan 25 xal geridədir.
saytlarin hazirlanmasi