Birinci Liqa: Premyer Liqaya yüksələcək komandanın adı dəqiqləşəcək

10:17 - 22 May 2024

Bu gün Azərbaycan Birinci Liqasında mövsümün sonuncu turunun görüşləri baş tutacaq. 

Sportal.az xəbər verir ki, turnir cədvəlində liderliyi ötən tur ələ keçirmiş "Şamaxı" "Araz Saatlı"nı qəbul edəcək.

Ramiz Məmmədovun rəhbərlik etdiyi kollektiv qalib gələrsə, Premyer Liqaya vəsiqəni təmin edəcək.

Turnir cədvəlində ikinci pillədə qərarlaşmış "Qaradağ Lökbatan" "Mingəçevir"in qonağı olacaq. 

26 turdan sonra “Şamaxı”nın 54, “Qaradağ Lökbatan”ın isə 53 xalı var. 

Xəbər xətti