"İnter" milli üzvünü Fransa klubuna göndərdi

11:50 - 24 Avqust 2024

"İnter"in hücumçusu Martin Satriano karyerasını yenidən Fransada davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Lans" uruqvaylı futbolçunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı forvard 2024/2025 mövsümünü Liqa 1 təmsilçisinin heyətində keçirəcək.

Qeyd edək ki, Martin Satriano 2020-ci ilin yanvar ayında "İnter"in akademiyasına cəlb olunub. Uruqvay millisinin üzvü ötən mövsüm icarə əsasında Fransanın "Brest" klubunda çıxış edib.

Xəbər xətti