"Sabah"dan "Turan Tovuz"a 5 cavabsız qol

14:59 - 24 Avqust 2024

Gənclər Liqasında yeni mövsümə start verilib.

Sportal.az xəbər verir ki, “Sabah”ın U-19 komandası çempionatın ilk turunda evdə “Turan Tovuz”la qarşılaşıb. “ASK Arena”da keçirilən matç Masazır təmsilçisinin böyük hesablı qələbəsi ilə nəticələnib - 5:0.

"Sabah"ın qollarına Anar Hüseynov (2), Anar Cəbiyev, Şahin İbrahimov və Niyazi Osmanov imza atıblar.

Xəbər xətti