Rahil Məmmədov sarı vərəqə gördü, komandası uduzdu

16:33 - 24 Avqust 2024

Futbol üzrə Polşa çempionatında 6-cı turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Rahil Məmmədovun formasını geyindiyi "Radomyak" səfərdə “Vidzev”in qonağı olub. Qarşılaşma ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Rahil Məmmədov da bu görüşün iştirakçısı olub. 29 yaşlı mərkəz müdafiəçisi matça start heyətdə başlayıb və 88-ci dəqiqədə əvəzlənib. Rahil 41-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

5 oyun keçirən "Radomyak" turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Xəbər xətti