"Yuventus" argentinalı futbolçunu 38 milyon avroya transfer edir

18:36 - 24 Avqust 2024

İtaliyanın "Yuventus" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyə yaxındır.

Sportal.az xəbər verir ki, Turin təmsilçisi "Fiorentina"dan Niko Qonsalesin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Yuventus" 26 yaşlı vinger üçün onun klubuna 38 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Fiorentina" Niko Qonsalesi 2021-ci ilin yayında "Ştutqart"dan transfer edib. Argentina millisinin üzvü Florensiya təmsilçisinin heyətində meydana çıxdığı 125 rəsmi matçda 38 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti