"Dinamo" "Qarabağ"la oyundan əvvəl qazandı

09:48 - 25 Avqust 2024

Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Dinamo” (Zaqreb) ölkə çempionatında növbəti oyununu keçirib.

Sportal.az xəbər verir ki, zaqreblilər evdə “Qoritsa” ilə qarşılaşıb. Matç “Dinamo”nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda "Dinamo" 12 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Xatırladaq ki, “Qarabağ” – “Dinamo” oyunu avqustun 28-də Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək. Qarşılaşmaya saat 20:45-də start veriləcək.

İlk oyun “Dinamo”nun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər xətti