"Arsenal" İspaniya millisinin üzvü üçün hərəkətə keçdi

16:46 - 25 Avqust 2024

"Atletik"in və İspaniya millisinin vingeri Niko Uilyamsın komandanı tərk edəcəyi gözlənilir.

Sportal.az “AS” nəşrinə istinadən xəbər verir ki, ispaniyalının “Barselona”ya keçidi gündəmdə olsa da, o, böyük ehtimalla “transfer pəncərəsi”nin sonuna qədər İngiltərəyə yollanacaq. 

“Arsenal” Niko üçün hərəkətə keçib. London klubunun baş məşqçisi Mikel Arteta onunla danışıb və razı sala bilib.

Klublar arasında da razılıq olarsa, transfer reallaşacaq. 22 yaşlı yarımmüdafiəçi ötən mövsüm La Liqada 31 oyuna çıxıb, 5 qol vurub və 11 məhsuldar ötürmə edib.

Xəbər xətti