"Dinamo"nun baş məşqçisi: "Qarabağ"la oyunda hər detalın vacib olduğunu bilirdik"

20:22 - 25 Avqust 2024

Xorvatiyanın "Dinamo" klubunun baş məşqçisi Sergey Yakiroviç ölkə çempionatında "Qoritsa" ilə oyundan danışarkən, Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”a qarşı Zaqrebdə keçirdikləri ilk oyuna (3:0) bir daha toxunub.

Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan Yakiroviç Ağdam klubuna qarşı keçiriləcək ohyunla bağlı bunları deyib:

"Qarabağ"la oyundan əvvəl hər bir detalın vacib olduğunu bilirdik. Rəqibin yaxşı olduğunu bilsək də, oyunda səhvlərə yol verdik. Xüsusilə bilirdik ki, meydanın mərkəzində topu itirsək, “Qarabağ” 5 saniyəyə cərimə meydançamıza çata bilər. Bunu bu oyunda da təsdiqlədilər. Mən gözləyirəm ki, cavab matçında daha ardıcıl olacağıq. “Dinamo”nun rəqibi təhdid edə biləcəyini gördük. “Qarabağ” uzun illər ölkəsinin çempionudur, dominantdır. Bu komandada öz keyfiyyətini göstərən yaxşı futbolçular var. Şanslarımızdan istifadə etdik və yaxşı üstünlüyü əldə etdik, amma rahatlaşa bilmirik.
Perkoviç, Periç, Ademi və Ristovski çərşənbə günü "Qarabağ"la cavab oyununda bizə qoşulacaq".
 

Xəbər xətti