"Qalatasaray" Türkiyə millisinin üzvünü istəyir

21:46 - 25 Avqust 2024

"Qalatasaray" heyətini Türkiyə millisinin üzvü ilə gücləndirə bilər.

Sportal.az "Akşam" qəzetinə istinadən xəbər verir ki, "cim-bom" "Adana Demirspor"un futbolçusu Yusuf Sarı ilə yaxından maraqlanır.
Hazırda tərəflər arasında danışıqlar davam edir. Sarının özü “Qalatasaray”da oynamağa razılıq verib.

Lakin “Adana Demirspor” onu buraxmaq niyyətində deyil. 25 yaşlı futbolçunun “Adana Demirspor”la müqavilə müddəti 2025-ci il yiunun 30-na qədərdir. "Marsel"in yetirməsi olan Yusuf “Klermon”, “Trabzonspor”, “Rizespor” klublarında oynayıb.
 

Xəbər xətti