Portuqaliya nəhəngi Türkiyə yığmasına namizədi transfer etdi

13:23 - 25 Avqust 2024

Portuqaliyanın "Porto" klubu heyətini Türkiyəəsilli forvardla gücləndirib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Portuqaliya klubu "Hammarbü"dən Dəniz Gülü heyətinə qatıb. 

20 yaşlı forvard 2029-cu i iyunun 30-na qədər "Porto"ya məxsus olacaq. 

İsveçin U-20 yığmasının hücumçusu Türkiyə Futbol Federasiyasının da maraq dairəsindədir. Ona Türkiyənin əsas yığmasında oynamaq təklifi edilib.

Qeyd edək ki, 2022-ci ildə "Hammürbü"nün əsas komandasında debüt etmiş Gül iki il ərzində 44 oyun keçirib və 17 qol vurub.

Xəbər xətti