Millimizin üzvü oynadı, komandası ÇSKA-nı məğlub etdi - VİDEO

14:23 - 25 Avqust 2024

Bolqarıstan çempionatında 6-cı turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Cəlal Hüseynovun formasını geyindiyi "Arda" ÇSKA-nı (Sofiya) qəbul edib.

Matç Cəlalın komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hüseynov meydana start heyətində çıxıb və fasilədə əvəzlənib. 

"Arda" - ÇSKA (Sofiya) 2:1

Xəbər xətti