Millimizin üzvü oynadı, komandası qazandı

09:48 - 26 Avqust 2024

Finlandiya çempionatında 21-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökcünün formasını geyindiyi "Helsinki" növbəti görüşünü keçirib. 

Həmin komanda "İnter Turku"nu qəbul edib və 1:0 qalib gəlib. Kökçü meydana start heyətində çıxıb və 60-cı dəqiqədə əvəzlənib.

"Helsinki" 40 xalla 2-ci pillədədir. 

Xəbər xətti