"Zirə"nin rəqibi Bakıdakı oyundan əvvəl qalib gəldi - VİDEO

12:34 - 26 Avqust 2024

Konfrans Liqasının pley-off mərhələsində “Zirə”nin rəqibi olan “Omoniya” ölkə çempionatında növbəti oyununu keçirib.

Sportal.az xəbər verir ki, Nikosiya təmsilçisi evdə “Etnikos Axna” ilə qarşılaşıb.

Görüş “Zirə”nin rəqibinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, “Zirə” – “Omoniya” matçı avqustun 29-da keçiriləcək və oyuna 20:00-da start veriləcək. Matç “Liv Bona Dea Arena”da keçiriləcək.

Xəbər xətti