"Barselona"dan "Atletiko"ya

13:34 - 26 Avqust 2024

Fransalı futbolçu Kleman Lanqle "Barselona"nı "Atletiko"ya dəyişib. 

Sportal.az Kataloniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi 2024/2025 mövsümünün sonuna qədər Madrid klubunda icarə əsasında oynayacaq. 

Lanqle 2023/2024 mövsümün icarə əsasında "Aston Villa"da keçirib. 

"Atletiko" mövsümün sonunda isə Lanqlenin transfer hüququna yiyələnmək istəyir.

Xəbər xətti