Qurban Qurbanov mətbuat önünə çıxacaq

14:17 - 26 Avqust 2024

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Dinamo” (Zaqreb, Xorvatiya) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

Sportal.az xəbər verir ki, Qurban Qurbanovun mətbuat konfransı avqustun 27-si saat 17:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

18:00-da media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın açıq məşqi saat 19:45-də, baş məşqçi Sergey Yakiroviçin mətbuat konfransı isə 19:15-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.

Media mənsubları akkreditasiyalarını avqustun 27-si saat 15:00-dan 17:00-dək Tofiq Bəhramov adına Respublika stadionunun media mərkəzindən götürə bilərlər.

Qeyd edək ki, avqustun 28-də keçiriləcək “Qarabağ” – “Dinamo” görüşü saat 20:45-də başlayacaq.

Xəbər xətti