Azərbaycan millisinin üzvü karyerasını başa vurdu

14:34 - 26 Avqust 2024

Qadın millimizin üzvü Marsedes Volker basketbolçu karyerasını yekunlaşdırıb.

Sportal.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

2015-ci ildən etibarən basketbol üzrə qadınlardan ibarət 3x3 Azərbaycan milli komandasının üzvü olan Marsedes Volker, peşəkar basketbolçu karyerasını başa vurub.

Marsedes Volker son oyununu Avropa Kubokunda Avstriya seçməsinə qarşı oynayıb.

Millinin heyətində 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Marsedes, bundan əlavə planetin ən böyük idman bayramı sayılan Olimpiya Oyunlarında da yığmamızın heyətində iştirak edib.

Azərbaycan Basketbol Federasiyası sabiq basketbolçuya milli komandamızın heyətində göstərdiyi xidmətlərə görə Marsedes Volkerə minnətdarlıq bildirib. 

Xəbər xətti