"Qarabağ"a çox inanıram, Zaqrebdə üç qol buraxmışıqsa, evdə 3-4 qol vura bilərik"

15:33 - 26 Avqust 2024

"Qarabağ"ın sabiq futbolçusu Emin İmaməliyev Sportal.az saytına açıqlama verib.

O, Ağdam klubunun Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşündə "Dinamo"ya(zaqreb) 0:3 məğlubiyyətini şərh edib:

"İlk oyunu iki hissəyə bölərdim. "Qarabağ" oyunun böyük hissəsini diqtə edən tərəf idi. Üstünlük komandamızın tərəfindəydi. Qol imkanlarımız çox oldu, lakin həmin gün "Qarabağ"ın günü deyildi. Son nöqtəni qoya bilmədilər. Hesabı bərabərləşdirsəydilər, hər şey fərqli olardı. Zaqrebdəki ilk dəqiqədən 75-ci dəqiqəyə qədər olan oyunu Bakıda da görsək, 15-20 dəqiqəyə qol vursaq, "Qarabağ" mərhələni adlaya bilər. "Qarabağ"a çox inanıram. Komandamız Bakıda sərfəli nəticə qazana bilər. Hələ ki, heç nə bitməyib. Zaqrebdə üç qol buraxmışıqsa, evdə 3-4 qol vura bilərik. "Dinamo" Xorvatiyanın hegemonudur, illərdir avrokuboklarda oynayırlar. Təcrübəsi var. Bütün bunlara baxmayaraq, "Qarabağ"ın evdə sərfəli nəticə əldə edəcəyinə çox inanıram. Mərhələni keçərək, ÇL-in qrupuna ikinci dəfə düşəcəyinə çox inanıram".

Mirbağırağa

Xəbər xətti