"Dinamo" Bakıya 25 futbolçu ilə yola düşdü - FOTO

18:54 - 26 Avqust 2024

UEFA Çempionlar Liqası pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Dinamo" cavab matçı üçün Bakıya yola düşüb.

Sportal.az xəbər verir ki, Zaqreb təmsilçisinin Azərbaycana gələn heyətində 25 futbolçu yer alıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Qapıçılar: İvan Nevistiç, Daniel Zaqorats, İvan Filipoviç

Müdafiəçilər: Ronael Pyer-Qabiriel, Sami Mmae, Kevin Teofil-Katrin, Raul Torrente, Maksim Barnauer, Takuya Oqivara, Stefan Ristovski

Yarımmüdafiəçilər: Yosip Mişiç, Branko Paviç, Petar Suçiç, Martin Baturina, Marko Roq, Luka Vrbançiç, Lukas Kacavenda, Luka Stoykoviç, Ariyan Ademi

Hücumçular: Marko Pyatsa, Dario Şpikiç, Xuan Kordoba, Arber Hodja, Sandro Kulenoviç, Bruno Petkoviç.

Qeyd edək ki, "Qarabağ" Xorvatiyada keçirilən ilk matçda "Dinamo"ya 0:3 hesabı ilə məğlub olub. Komandalar arasında cavab görüşü isə avqustun 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.


Xəbər xətti