"Atletiko" Belçika millisinin üzvünü icarəyə verdi

22:52 - 26 Avqust 2024

İspaniyanın "Atletiko" klubu Artur Vermeereni icarəyə verib.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi belçikalı yarımmüdafiəçini "Leypziq"ə göndərib. Bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı orta xətt oyunçusu 2024/2025 mövsümünün sonuna kimi Bundesliqa təmsilçisinin uğurları üçün çalışacaq.

Qeyd edək ki, "Atletiko" Artur Vermeereni bu ilin yanvar ayında "Antverpen"dən transfer edib. Belçika millisinin üzvü Madrid təmsilçisinin heyətində 5 rəsmi matçda meydana çıxıb. Onun klubla müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub.


Xəbər xətti