Futbol üzrə Yunanıstan çempionatında 29-cu turun görüşləri keçirilib.
Sportal.az xəbər verir ki, "Olipiakos"bu turda AEK-i 1:0 hesabı ilə məğlub edərək mövsümün sonuna üç tur qalmış çempionluğu təmin edib.
Bu, "Olimpiakos"un son üç il ərzində ilk, ümumilikdə isə 48-ci çempionluğudur. Klub bu göstərici ilə Yunanıstan çempionatının rekordçusudur.
Qeyd edək ki, ölkənin bütün digər klublarının birlikdə qazandığı çempionluqların sayı cəmi 41-dir.
saytlarin hazirlanmasi