40 yaşlı Ronaldodan 16 oyuna 16 qol

23:26 - 21 Yanvar 2026

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı liqasının bombardirlər siyahısında üstünlüyünü artırıb.

Sportal.az xəbər verir ki, "Əl-Nəsr"in hücumçusu çempionatın 17-ci turunda səfərdə "Damak"la oyunun 50-ci dəqiqəsində (1:2) qol vurub.

Qeyd edək ki, turnirin cari mövsümündə 40 yaşlı portuqaliyalı 16 oyunda 16 qol vurub və liqanın ən yaxşı bombardiridir. "Əl-Əhli"nin hücumçusu Ayven Touni ondan iki qolla geri qalır.

Xəbər xətti