Mourinyo 7 aydır meydana çıxa bilməyən futbolçusuna güvənir - icarəyə verməyəcək

01:04 - 9 Oktyabr 2026

Rodriqo bu mövsümü “Real"da keçirəcək.

Sportal.az xəbər verir ki, cinah hücumçusu çarpaz bağ zədəsindən sonra bərpa prosesini başa çatdırmaq üzrədir. Onun qışda yenidən meydana qayıdacağı gözlənilir.

İnsayder Fabritsio Romanonun məlumatına görə, Madrid klubu braziliyalı futbolçunun icarəyə verilməsi ilə bağlı təklifləri nəzərdən keçirmək niyyətində deyil. Baş məşqçi Joze Mourinyo 25 yaşlı futbolçuya “100 faiz” güvənir.

Rodriqo sonuncu dəfə mart ayının əvvəlində meydana çıxıb. Ötən mövsüm La Liqada keçirdiyi 19 matçda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Xəbər xətti