Pantiç:"Bu futboldur, bəzən belə də olur"

14:44 - 31 Oktyabr 2013

"Son oyunu yaxşı keçirmişik, amma..."
 
Sabah 12-ci tur çərçivəsində “Simurq”u qəbul edəcək "Bakı" klubunun baş məşqçisi Milinko Pantiç qarşılaşma haqda fikirlərini açıqlayıb. 
 
Sportal.az xəbər verir ki, oyunöncəsi son məşqini keçirən komandanın serbiyalı çalışdırıcısı bu görüşdə yalnız qələbə haqda düşündüklərini bildirib:
 
“Digər çempionat matçları kimi “Simurq”la görüş də çox vacibdi. Belə durumda bizə 3 xalı qazanmaq çox zəruridi. Son oyunu yaxşı keçirmişik, amma qol vura bilmədik. Bu futboldu, bəzən belə də olur. 
 
Sabahkı qarşılaşmada praktiki və çox güclü effekti olan futbol nümayiş etdirməyə çalışacağıq. Premyer Liqada hər bir görüş mürəkkəb xarakter alıb. Ev matçına çıxırıqsa, futbolçular qələbədən başqa ağlına heç nə gətirməməlidi”. 

Xəbər xətti