"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti görüşünə bu gün çıxacaq.
Sportal.az xəbər verir ki, Rəşad Sadiqovun rəhbərlik etdiyi kollektiv "Napoli"nin qonağı olacaq.
Həmin görüşə Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.
Qeyd edək ki, əvvəlki 4 qarşılaşmada uduzan "Qarabağ"ın U-19 komandası Liqa mərhələsində 36-cı pillədədir.
"Napoli" isə 3 xalla 25-cidir.
saytlarin hazirlanmasi
