"Liverpul"un sabiq yarımmüdafiəçisi Türkiyə klubu ilə anlaşdı - yaxın 1-2 gün ərzində müqavilə bağlanacaq

00:02 - 23 Avqust 2026

Fabinyo karyerasını Türkiyə çempionatında davam etdirəcək.

Sportal.az xəbər verir ki, “Liverpul”un sabiq yarımmüdafiəçisi "Trabzonspor" ilə şifahi razılıq əldə edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Braziliyalı futbolçunun yaxın 1-2 gün ərzində Türkiyəyə yollanacağı gözlənilir.

Qeyd edək ki, bundan əvvəl “Trabzonspor”a “Liverpul”un sabiq vingeri Muhamed Salah da keçib. Fabinyonun son klubu "Əl-Ittihad" olub. O, bu klubdan azad agent kimi ayrılıb.

Braziliyalı yarımmüdafiəçi ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatında 30 oyunda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Xəbər xətti