"Bavariya" Almaniya Superkubokunu 12-ci dəfə qazanıb.
Sportal.az xəbər verir ki, Vinsent Kompaninin rəhbərlik etdiyi komanda finalda Dortmund "Borussiya"sını 2:1 hesabı ilə məğlub edib və öz rekordunu yeniləyib.
“Bavariya” bu göstəricidə ən yaxın izləyicisi olan Dortmund klubundan artıq 6 titul öndədir.
Qeyd edək ki, bu, “Bavariya”nın Kompani ilə ardıcıl ikinci Superkubok qələbəsidir.
saytlarin hazirlanmasi
