"İnter" "Atalanta"nın kapitanı Alexandro "Papu" Qomesi transfer etməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, 32 yaşlı futbolçu Milan təmsilçisində illik 2,5 milyon avro məvacibə oynamağa razılaşıb. Futbolçu ilə ilkin razılığa gələn "İnter" Berqamo təmsilçisinə 10 milyon avro təzminat ödəmək fikrindədir. İtaliya mətbuatında yer alan digər iddiaya görə, "göy-qaralar" bu keçid üçün yarımmüdafiəçisi Matias Vesinonu qarşı tərəfə vermək istəyir.
Alexandro Qomes komandanın baş məşqçisi Can Pyero Qasperini ilə mübahisə etdiyi üçün son iki çempionat matçında meydana çıxmayıb. Hücumameyilli futbolçu ötən mövsüm keçirdiyi 46 matçda 8 qol vurub, 18 məhsuldar ötürmə edib. 2014-cü ildən "Atalanta"da çıxış edən təcrübəli oyunçu bu mövsüm meydana çıxdığı 16 qarşılaşmada 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi