"Mançester Siti" Rodri zədələndikdən sonra onun mövqeyinə axtarışları davam etdirir.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin əsas hədəfi "Atalanta"da çıxış edən Edersondur. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
"Mançester Siti" qış transfer pəncərəsi zamanı braziliyalı yarımmüdafiəçi üçün A Seriyası klubuna təklif göndərəcək.
Braziliya milli komandasının üzvü ilə "Yuventus" və PSJ də yaxından maraqlanır.
Qeyd edək ki, "Atalanta" Edersonu 2022-ci ilin yayında "Salernitana"dan transfer edib. 25 yaşlı yarımmüdafiəçi bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi