“Qarabağ” ın Avropa Liqasının əsas mərhələsindəki rəqibi “Olimpiakos” Yunanıstan Superliqanın 14-cü turunun matçına çıxıb.
Sportal.az xəbər verir ki, Pirey təmsilçisi doğma meydanda "Volos"u qəbul edib və 3:0 qalib gəlib.
Hazırda "Olimpiakos" 30 xalla liderliyini davam etdirir. Xatırladaq ki, “Qarabağ” gələn il yanvarın 31-də 8-ci tur çərçivəsində Yunanıstanda “Olimpiakos”un qonağı olacaq. Qarşılaşmaya Bakı vaxtı ilə 00:00-da start veriləcək.
saytlarin hazirlanmasi