Kardoso Çin klubu ilə bağlı qərarını verdi

13:16 - 19 Fevral 2016

"Çinə getməyəcək"
 
"Trabzonspor"un hücumçusu Oskar Kardosonun meneceri Türkiyə mətbuatına futbolçunun gələcək karyerası ilə bağlı açıqlama verib.
 
Sportal.az xəbər verir ki, paraqvaylı futbolçunun menceri Pedro Aldave futbolçunun Çin klublarına getməyəcəyini bildirib:
 
"Kardoso mövsümün sonuna qədər "Trabzonspor"da çıxış edəcək. Daha sonra nələrin baş verəcəyini demək çətindir. Amma dəqiq söyləyirəm ki, Kardoso Çin klublarına getməyəcək".
 
Qeyd edək ki, Çinin "Şandonq Luenq" klubu Kardosonu transfer etmək üçün "Trabzonspor"a təklif göndərmişdi.

Xəbər xətti