"Hər bir futbolçudan razı qaldım"
Azərbaycan Kubokunun 1/4 final matçında "Xəzər Lənkəran" "Neftçi"ni 3:2 hesabı ilə məğlub edib.
Sportal.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, oyundan sonra keçirilən mətbuat konfransında "Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov bunları qeyd edib:
"Çox maraqlı və bol qollu bir matç oldu. Bu, minimum tapşırıq idi. İlk oyundakı qələbə cavab oyunu öncəsi stimul oldu. Futbolçularımı təbrik edirəm. Hər birindən razı qaldım. Tapşırıqların öhdəsindən gəldilər. "Neftçi"yə gələcək oyunlarda uğurlar arzu edirəm".
saytlarin hazirlanmasi