İngiltərə Premyer Liqasında çıxış edən futbolçular COVID-19-la mübarizə üçün yardım kampaniyasına start veriblər.
Sportal.az xəbər verir ki, "Liverpul"un kapitanı Cordan Henderson Premyer Liqa klublarının üzvlərini bu aksiyaya dəvət edib.
İngiltərə millisinin üzvünün təklifini digər oyunçular müsbət qarşılayıb və "futbolçular birlikdə" adlı fonda ianə ediblər.
Toplanacaq pul həkimlərə, könüllülərə və imkansız ailələrə bağışlanacaq.
saytlarin hazirlanmasi