"Liverpul"un əfsanəsi koronavirusa yoluxdu

23:47 - 10 Aprel 2020

"Liverpul"un keçmiş futbolçusu və baş məşqçisi Kenni Dalqliş COVID-19 pandemiyasına yoluxub.

 

Sportal.az xəbər verir ki, klub 69 yaşlı veteran hücumçunun testinin müsbət çıxdığını açıqlayıb.

 

Şotlandiyalı mütəxəssis karantinə alınıb.

 

Dalqliş 1977-1990-cı illərdə "Liverpul"da çıxış edib. Mersisaydlılar son dəfə 30 il əvvəl Dalqlişin rəhbərliyi ilə İngiltərə çempionu olub.

Xəbər xətti